“Nikoyl” İnvestisiya Kommersiya Bankı (İKB) Bakıda filial şəbəkəsini genişləndirir. Bu barədə bankın məlumatında deyilir.
Bank paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 20-1 ünvanında 12-ci filialını açıb.
Filial hesab açılması, depozit qəbulu, biznes, istehlak və pul kreditlərinin verilməsi, kommunal və mobil rabitə xidmətlərinə görə ödənişlər, təcili pul köçürmələri, plastik kartların sifarişi və verilməsi, valyuta mübadiləsi və digər bank xidmətləri göstərir.
Filialın açılış mərasimində çıxış edən bankın İdarə Heyətinin sədri Vasili Xamaza qeyd edib ki, yeni filialda çalışan komandanın bank sahəsində böyük təcrübəsi var. Buna görə də filial artıq 2014-cü ilin I rübünün sonunadək mənfəətə çıxmalıdır. “Bütün satış nöqtələri kimi, bu filial da pərakəndə satışla məşğul olacaq, lakin bununla belə korporativ müştərilərə xidmət göstərilməsinə böyük diqqət ayrılacaq. Hər bir müştəri bankın bütün satış nöqtələrində qüsursuz və peşəkar xidmətə əmin olmalı və məhz “Nikoyl” İKB-nin müştərisi olmaqdan qürur duymalıdır”, - deyə o əlavə edib.
Ölkə ərazisində bankın 19 filialı və satış nöqtəsi fəaliyyət göstərir.
“Nikoyl” İKB-nin səhmdarları “Topaz Investment”, “Nikoyl” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət