SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi Azərbaycanın böyük bir ərazisində - Böyük Qafqazın cənub-qərb ətəklərində regional geoloji quruluşu dəqiqləşdirmək məqsədilə ikiölçülü (2D) seysmik kəşfiyyat işlərini başa çatdırıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
“ConocoPhillips” şirkəti ilə müqavilə əsasında aparılmış seysmik kəşfiyyat çöl işlərinə cari ilin may ayında başlanılıb. Azərbaycanın on bir rayonunu əhatə edən, mürəkkəb yerüstu şəraiti ilə səciyyələnən tədqiqat sahəsində 777,4 xətti kilometr uzunluğunda 12 profil xətti üzrə yerinə yetirilmiş seysmik işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla aparılıb”, - deyə məlumatda qeyd olunur.
Əldə edilmiş materiallar sifarişçiyə - “ConocoPhillips” şirkətinə təhvil verilib.
Xəbər verildiyi kimi, SOCAR və “ConocoPhillips Exploration Azerbaijan Ltd” 2011-ci ilin iyul ayında “Azərbaycan Respublikası ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi” imzalayıb.
Layihənin məqsədi neft-qazlılıq baxımından yeni perspektiv strukturların aşkarlanması və gələcək axtarış-kəşfiyyat işlərinin perspektiv istiqamətlərinin müəyyən olunmasına, həmçinin regionların sosial-iqtisadi inkişafına köməklik göstərməkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət