Prezident İlham Əliyev hesab edir ki, 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır.
“Bu, çox perspektivli bir sahədir. Bu səbəbdən 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Azərbaycanda metallurgiya sənayesinin inkişafı üçün kifayət qədər yerli xammal, təbii resurslar var”, - deyə İ.Əliyev cümə axşamı Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
İ.Əliyevin çıxışının mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
Onun sözlərinə görə, bu istiqamətdə müasir metallurgiya kombinatının tikintisi mühüm nailiyyət olacaq. “Hesab edirəm ki, metallurgiya sahəsinə xüsusi diqqət göstərilməlidir”, - deyə dövlət başçısı qeyd edib.
Prezident əlavə edib ki, sənaye sahəsinin inkişafı ÜDM-in artımına imkan yaradacaq.
İ.Əliyev, həmçinin ətraf mühiti çirkləndirən müəssisələrdə ciddi yoxlamaların aparılmasının zəruriliyini qeyd edib. Bununla əlaqədar prezident İqtisadiyyat və Sənaye Nazirliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə belə müəssisələrin siyahısını hazırlayaraq ona təqdim etməyi tapşırıb.
“Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcək”, - deyə dövlət başçısı vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət