2013-cü ildə Azərbaycanda İKT sektorunun gəlirləri $2 mlrd.-ı ötüb. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib.
“Ötən il İKT sektorunun gəlirləri $2 mlrd.-ı ötüb. 2013-cü ildə İKT sektorunun artım tempi ümumdünya orta göstəricisini təxminən 2 dəfə üstələyərək 14% təşkil edib”, - deyə Ə.Abbasov cümə axşamı Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Ə.Abbasovun çıxışının mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
Nazirin sözlərinə görə, hesabat ilində poçt sektorunda gəlirlər 5,5% artıb.
“Hesabat ilində “Elektron hökumət” portalı vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsi genişlənib. Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. Ötən il elektron hökumət portalına 262 min vətəndaş müraciət edib və 730 mindən çox elektron xidmət alınıb”, - deyə o qeyd edib.
Nazir onu da vurğulayıb ki, hesabat ili ərzində mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30% artıb.
Ə.Abbasov məlumat verib ki, 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər davam etdirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət