Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014-cü ilin I rübü və bütövlükdə il ərzində bankın birləşdirilmiş auditini aparmaq üçün auditor seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Tender elanına əsasən, audit Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə aparılmalı və ABB-nin törəmə strukturlarını - “ABB-Moskva”, “ABB-Gürcüstan”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərikard” MMC-ni əhatə etməlidir.
Tenderin şərtlərinə əsasən, 2014-cü ilin I rübü üzrə birləşdirilmiş auditin yekunları bu ilin sentyabr ayının 15-dən gec olmayaraq, 2014-cü ilin auditinin yekunları isə 2015-ci il aprelin 1-dən gec olmayaraq təqdim olunmalıdır.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 1000 manat təşkil edir.
Tender üzrə təkliflər 2014-cü il martın 3-nə qədər qəbul ediləcək. Təkliflər martın 5-də qiymətləndiriləcək.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət