Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ilin yekunları üzrə xalis mənfəəti 1 mlrd. avro səviyyəsində gözlənilir, bu isə 2012-ci ilin göstəricisinə uyğundur. Bu barədə bankın məlumatında qeyd edilir.
“2013-cü ildə AYİB iqtisadiyyatı inkişaf edən ölkələrə fəal dəstək göstərib. Ötən il üzv ölkələrdə həyata keçirilən layihələrə bank tərəfindən investisiya qoyuluşlarının ümumi həcmi ilkin qiymətləndirmələrə görə 2012-ci ilin yekunları üzrə 8,9 mlrd. avroya qarşı 8,5 mlrd. avro təşkil edib”, - deyə məlumatda qeyd olunur.
2013-cü ildə AYİB 392, 2012-ci ildə 393 layihə maliyyələşdirib.
Məlumatda vurğulanır ki, 2013-cü ilin yekunları üzrə bankın Şərqi Avropa və Qafqazda layihələrə investisiyaları 1,5 mlrd. avro dəyərində qiymətləndirilir.
2013-cü ildə AYİB-in Rusiyada layihələrə investisiya qoyuluşları 2012-ci ildə 2,6 mlrd. avroya qarşı 1,8 mlrd. avro təşkil edib. Türkiyədə bu məbləğ 920 mln. avro olub.
“Bank ekoloji standartların, enerji effektivliyinin artırılmasına və bərpa olunan enerji mənbələrinin istifadəsinə xüsusi diqqət yetirməyə davam edir. 2013-cü ildə AYİB-in davamlı energetika sahəsində təşəbbüsləri çərçivəsində investisiyaların ümumi həcmi 2012-ci ildə 2,3 mlrd. avroya qarşı 2,4 mlrd. avroya qədər artıb”, - deyə məlumatda qeyd olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət