Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Berlində Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrixlə görüşüb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
H.Əsədovun səfərinin məqsədi Berlin şəhərində keçirilən ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisində iştirak etməkdir. Sərgi yanvarın 17-dən 26-dək davam edəcək.
Görüşdə H.Əsədov iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrini daha yaxından müzakirə etmək məqsədilə almaniyalı həmkarını Azərbaycana dəvət edib.
Səfər çərçivəsində nazir Alman-Azərbaycan Forumunun sədri Eberhard Şleyer ilə də görüşüb.
Görüş zamanı tərəflər arasında əlaqələrin genişləndirilərək kənd təsərrüfatı sahəsində əməkdaşlığı əhatə etməsi imkanları müzakirə edilib. H.Əsədov Azərbaycanda aqrar sahədə peşə hazırlığının gücləndirilməsinə ehtiyacın olduğunu və bu sahədə Almaniya təcrübəsinin Azərbaycanda tətbiqinin faydalı ola biləcəyini vurğulayıb. Forumun sədri bu sahədə ölkəmizə dəstək verməyə hazır olduğunu və tezliklə bu məsələyə dair layihə hazırlanacağını bildirib.
Bundan başqa, H.Əsədov “Yaşıl Həftə” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirlərinin 6-cı Berlin Sammitində iştirak edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd olunur ki, sərgidə Azərbaycandan 9 şirkət iştirak edəcək.
“Yaşıl Həftə” sərgisi 1926-cı ildən etibarən keçirilir. Hər il sərgidə 70-dən çox ölkədən 1500-dən artıq müəssisə iştirak edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət