“Bank VTB” (Azərbaycan) ASC bankın 2014-2016-cı illər üçün inkişaf strategiyasını təsdiq edib. Bu barədə bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin cümə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bəyan edib.
“Biz üçillik strategiyanı təsdiq etmişik. Mən bank sektoru üzrə son tənzimləyici dəyişikliklər nəzərə alınmaqla bu strategiyanı aqressiv hesab edirəm. Lakin bu, bizi qorxutmur, çünki biz hələlik Azərbaycanda böyük bank deyilik, artım templərimiz ölkənin bank sisteminin artım templərinə o qədər də təsir etmir. Bütövlükdə isə ambisiyalı planlarımız var”, - deyə A.Yeryomin bildirib.
Onun sözlərinə görə, “ölkə banklarının TOP-5-nə daxil olmaq bankın strateji məqsədidir”. “Biz bunu nə dərəcədə tez edə bilərik? Bu məsələni təshih edəcəyik. Lakin məqsəd məhz budur”, - deyə o izah edib.
A.Yeryominin proqnozlarına əsasən, 2014-cü ildə bankın aktivləri 1,74 dəfə (1 yanvar 2014-cü il tarixinə aktivlər 207,9 mln. manata bərabərdir), kredit portfeli 1,78 dəfə (1 yanvar 2014-cü il tarixinə 187,9 mln. manata bərabərdir), depozit portfeli 2 dəfə artacaq. “Əlbəttə, bizim ətraflı hesablamalarımız var, lakin hələlik onları elan etmək tezdir”, - deyə o əlavə edib.
2014-cü ildə bank həm Bakıda, həm də regionlarda 10 filial açmaq niyyətindədir.
“Əminəm ki, cari ildə inkişaf etməyə davam edəcəyik və Azərbaycanın bank bazarında layiqli yer tutacağıq”, - deyə sədr bildirib.
A.Yeryomin həmçinin “Yeni Müsavat” qəzetində onun Azərbaycanı tərk etməsi barədə həqiqətə uyğun olmayan məlumatın dərc olunması ilə bağlı vəziyyəti şərh edib. “Mən ofisdə oturub ölkədən qaçdığıma dair məqaləni oxudum. Bunu məlumat və ya elan adlandıra bilmərəm…. orada yazılanların hamısı yalandır - heç zaman bankın müştərisi olmamış “incik oxucu”dan başlayan məqamdan bankın əməliyyatlar, sığortaların ödənilməsi ilə əlaqədar problemlərinin olmasına qədər. Bizim dəqiq qurulmuş sistemimiz var. Bu gün bankda heç bir şikayət yoxdur”, - deyə A.Yeryomin bildirib. Onun sözlərinə görə, “bank bu mövzunu, informasiya məkanında dedi-qoduları müzakirə etmək niyyətində deyil”. “Bu məsələ məhkəmə-hüquqi müstəvidə müzakirə olunmalıdır”, - deyə bankın rəhbəri qeyd edib.
A.Yeryomin izah edib ki, hazırda məhkəməyə müraciət etməklə bağlı qərar qəbul olunmayıb. Müvafiq qərar kollegiya formasında qəbul ediləcək. “Biz (VTB Qrupu – İF-Az) böyük işgüzar qrupuq. İnsanlar ciddi təşkilatlarda işgüzar nüfuz, şərəf və ləyaqətin nə demək olduğunu anlamalıdırlar. Azərbaycan hüquqi dövlətdir. Və biz qanun çərçivəsində hərəkət edəcəyik”, - deyə o əlavə edib.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “Bank VTB” (Azərbaycan) ASC-yə bank fəaliyyəti göstərmək üçün lisenziya verib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99% “AtaHolding” şirkətlər qrupuna, 0,01% fiziki şəxsə aiddir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət