Maliyyə Nazirliyi 2013-cü ildə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi ilə əlaqədar sahibkarlıq fəaliyyətinə 373 lisenziya verib. Bu barədə nazirliyin saytında dərc edilmiş məlumatda qeyd edilir.
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin məlumatına görə, verilmiş lisenziyalardan 36-sı qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 319-u dövriyyəsi ilə bağlı olub, 18-i isə lisenziyaların surətidir.
Lisenziya üçün dövlət büdcəsinə ümumilikdə 192,95 min manat dövlət rüsumu ödənilib.
2013-cü ildə 13 lisenziyanın fəaliyyəti dayandırılıb.
Məlumatda qeyd edilir ki, 2013-cü ildə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə riayət olunması məqsədi ilə 48 yoxlama aparılıb. Yoxlamalar nəticəsində dövlət büdcəsinə 232,434 min manat məbləğində dövlət rüsumu köçürülüb, yol verilmiş nöqsanlarla əlaqədar sahibkarlara 36,6 min manat məbləğində inzibati cərimə tətbiq edilib.
“2013-cü ildə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərə görə dövlət büdcəsinə daxilolmalar 1 mln. 511 min 518,4 manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət