“Azəryolservis” ASC Ələt-Astara avtomobil yolunun iki hissəsinin tikintisi üçün podratçı seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
İşlərin həcminə avtomobil yolunun 31+000 - 54+410 km və 55+800 - 80+600 km-lik hissələrinin tikintisi daxildir.
Tender Dünya Bankının krediti çərçivəsində keçirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 20 fevral 2014-cü il tarixinədək təqdim etməlidirlər.
$200 mln. dəyərində illik minimal tikinti dövriyyəsinə; $25 mln. dəyərində maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlərə, vergidən azad maddi aktivlərə, kredit xətləri və digər maliyyə resurslarına; $270 mln. dəyərində bir layihənin həyata keçirilməsində təcrübəyə malik olan şirkətlər tenderdə iştirak edə bilər.
Tenderdə iştirak haqqı 500 manatdır.
Xəbər verildiyi kimi, Dünya Bankının Direktorlar Şurası 2008-ci il aprelin 29-da avtomobil yolu infrastrukturunun inşası və yenidən qurulması üçün Azərbaycana $300 mln. həcmində əlavə kreditin verilməsini təsdiq edib. Bankın kredit vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 10 ili güzəştli olmaqla 40 il müddətinə verilib. Əlavə kredit hesabına uzunluğu 112 km olan Ələt-Masallı avtomobil yolunun, H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə qədər 41 km uzunluğunda avtomobil yolunun tikintisi və yenidən qurulması planlaşdırılır. Bundan başqa, DB-nin vəsaitləri hesabına 200 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.
Bu layihənin ümumi dəyəri $505 mln. təşkil edir. Bunun $300 mln.-u DB-nin krediti, $205 mln.-u Azərbaycan hökumətinin payıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət