“İnterfaks” qabaqcıl xarici və Rusiya KİV-ləri tərəfindən istinad olunma səviyyəsinə görə RF-nin informasiya agentlikləri arasında liderliyini qoruyub saxlayır. 2013-cü ilin yekunları üzrə Beynəlxalq KİV-lərin ən iri bazası olan "Factiva”nın və Xəbərlərin Kompleks Təhlil Sisteminin məlumat bazasında olan nəşrlərin təhlili əsasında alınan nəticələr belə deməyə əsas verir.
“İnterfaks” “Factiva”nın arxivindən (dünyanın 200 ölkəsindən minlərlə aparıcı xəbər və biznes mənbələrini əhatə edir) dərc edilmiş xəbərlərin təhlili əsasında tərtib edilmiş, beynəlxalq KİV-lərdə adı çəkilən Rusiyanın 3 aparıcı informasiya agentliyi reytinqində lider olub.
Belə ki, “İnterfaks” böyük beynəlxalq informasiya agentlikləri tərəfindən istinad edilmə sayına görə "RİA Novosti" və “İTAR-TASS” agentliklərini qabaqlayıb. “Factiva”nın arxivinə əsasən, 2013-cü ildə dünyanın aparıcı xəbər agentliyi olan “Reuters”in xəbər lentində (ingilis dilində) 443 dəfə “İnterfaks” agentliyinə istinad edilib. “RİA Novosti” agentliyinin adı 200, “İTAR-TASS” agentliyinin adı 100 dəfə xatırlanıb.
Fransanın France Presse agentliyi (AFP, fransız dilində xəbər lenti) ötən il 731 dəfə “İnterfaks”, 449 dəfə "RİA Novosti", 282 dəfə "İTAR-TASS" agentliyinə istinadən xəbər yayıb.
"Factiva"nın məlumatına əsasən, ingilis dilində dərc edilən “Dow Jones”un xəbər lentində “İnterfaks” 730, "RİA Novosti" 84, "İTAR-TASS" 17 dəfə xatırlanıb.
2013-cü il yanvarın 1-dən dekabrın 31-nə qədər BBC “İnterfaks”a istinadən 4206 (RİA 1468, "İTAR-TASS" 100 dəfə), İspaniyanın EFE agentliyi 754 dəfə (RİA 214, “İTAR-TASS” 30), Almaniyanın DPA agentliyi 865 (“İTAR-TASS” 96, RİA 73) İtaliyanın ANSA agentliyi 317 (“İTAR-TASS” 150, RİA 105) Çinin “Xinhua” agentliyi 321 (“İTAR-TASS” 124, RİA 113) məlumat yayıb.
2013-cü ildə “ABŞ qəzetləri” kateqoriyasında (US Newspapers – İF) “İnterfaks” 872, “RİA Novosti” 578, “İTAR-TASS” 227 dəfə xatırlanıb.
“Böyük Britaniyanın qəzetləri” kateqoryasında (UK Newspapers) “İnterfaks”a 573, “RİA Novosti”yə 301, “İTAR-TASS”a 191 dəfə istinad edilib.
Analoji mənzərə Almaniya KİV-lərində də (informasiya agentlikləri istisna olmaqla) müşahidə olunur. Bu KİV-lərdə “İnterfaks”a 2380, “İTAR-TASS” agentliyinə 507, “RİA Novosti” agentliyinə 170 dəfə istinad olunub.
2013-cü ildə Fransa KİV-lərində (informasiya agentlikləri istisna olmaqla) “İnterfaks”a 618, “RİA Novosti”yə 323, “İTAR-TASS”a 235 dəfə istinad edilib.
Xəbərlərin Kompleks Təhlil Sisteminin bazasında aparılan araşdırmaya əsasən, ötən il bütün Rusiya KİV-ləri arasında (4149 mənbə) “İnterfaks” birinci yeri tutub. Agentliyin xəbərlərinə 171773 dəfə istinad edilib. “RİA Novosti” və “İTAR-TASS”a istinad göstəriciləri müvafiq olaraq 166 669 və 115 952 təşkil edib.
Rusiyanın 227 aparıcı telekanalı və radiostansiyasının daxil edildiyi “Federal KİV-lərin teleradio efiri” kateqoriyasında 2013-cü ildə “İnterfaks”a istinadən 78032 dəfə, “İTAR-TASS” a istinadən 70483 dəfə, “RİA Novosti”yə istinadən 68890 dəfə xəbər verilib.
“Regional mətbu nəşrlər” kateqoriyasında “İnterfaks” Rusiyanın Sankt-Peterburq, Başqırdıstan və Tatarıstan, Krasnoyarsk, Perm və Xabarovsk diyarları, Volqoqrad, Voronej, İrkutsk, Kemerovo, Nijeqorod, Novosibirsk, Rostov, Samara, Sverdlovsk vilayətlərində birinci yeri tutub. “RİA Novosti” agentliyi 4 regionda – Krasnodar və Primorsk diyarlarında, eləcə də Saratov və Çelyabisnk vilayətlərində birinci yerdə qərarlaşıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət