2014-cü il yanvarın 1-nə Azərbaycanda 86,010 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statisitika Komitəsindən məlumat verilib.
2013-cü ildə 7 879 hüquqi şəxs qeydiyyatdan keçib, 395 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2014-cü il yanvarın 1-nə Azərbaycanda 9 034 kənd təsərrüfatı (artım 0,5%), 5 382 təkrar emal (artım 4,8%), 9 326 tikinti müəssisəsi (artım 4,3%) fəaliyyət göstərir.
Bundan başqa, cari ilin əvvəlinə topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 23 325 (artım 8,5%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1 423 (artım 3,3%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 867 (artım 9,5%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 3 116 (artım 5,8%), rabitə və informasiya sahəsində məşğul olan 1 916 (artım 14%), sağlamlaşdırma və əyləncə fəaliyyəti ilə məşğul olan 1 388 hüquqi şəxs (artım 6,6%) qeydiyyata alınıb.
2014-cü il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 68 642 hüquqi şəxs və ya bütün hüquqi şəxslərin 79,8%-i özəl müəssisələrin, 9 087 hüquqi şəxs (10,6%) dövlət müəssisələrinin, 1 758 hüquqi şəxs (2%) bələdiyyələrin, 4 922 hüquqi şəxs (5,7%) xarici, 1 601 hüquqi şəxs (1,9%) birgə müəssisələrin payına düşür.
Bundan başqa, 2014-cü il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 454,997 min fiziki şəxs qeydiyyatdan keçib. 2013-cü ilin əvvəli ilə müqayisədə onların sayı 5,3% artıb.
Kənd təsərrüfatı sahəsində 63 302, emal sənayesi sahəsində 12 948, topdan və pərakəndə satışı, avtomobil və məişət mallarının təmiri sahəsində 176 327 fiziki şəxs fəaliyyət göstərir.
Cari ilin əvvəlinə maliyyə və sığorta fəaliyyəti ilə 1 303, daşınmaz əmlakla bağlı əməliyyatlarla 8 390, inzibati və yardımçı xidmətlərlə 2 514, tikinti fəaliyyəti ilə 4 082, nəqliyyat və anbar təsərrüfatı ilə 68 205, sağlamlaşdırma və əyləncə fəaliyyəti ilə 5 563, digər xidmətlərlə 60 074 fiziki şəxs məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 38 894 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 158 472 fiziki şəxs var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət