Bakı regionlararası əməkdaşlığın inkişafı, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyasında mühüm rol oynayır. Rəsmi KİV-lərin məlumatına görə, bu barədə prezident İlham Əliyev cümə günü Davosda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda bəyan edib.
“Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial var. Azərbaycan, öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır”, - deyə İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, “ölkələri bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib, “bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır”.
“Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir”, - deyə o vurğulayıb.
İ.Əliyevin qeyd etdiyi kimi, bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb.
“Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında $25 mlrd. dəyərində olan “XXI əsrin müqaviləsi” adlandırdığımız sənədi imzaladıq”, - deyə prezident bildirib.
Onun sözlərinə görə, bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir.
“Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz eyni zamanda Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcək”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət