Ukraynada formalaşan vəziyyət Azərbaycanda təşviş doğurur.
“Əlbəttə, bu gün Ukraynada baş verən proseslər Azərbaycanda təşviş doğurur”, - deyə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Politoloq bunu həm də Ukraynada çoxlu sayda azərbaycanlının yaşaması ilə əlaqələndirir.
“Bizim Kiyev ilə çox sıx əlaqələrimiz var. Ukraynada müşahidə olunan bu cür anarxizm tendensiyaları hətta müxalifətin hakimiyyəti istefaya göndərmək istəməsi məsələsi də deyil. Mənim müşahidələrimə əsasən, orada artıq qətiyyən idarəolunmaz proseslər gedir. Bu, Ukrayna dövlətçiliyi üçün təhlükəlidir və bu ölkənin bütün tərəfdaşlarında təşviş doğurur”, - deyə parlament üzvü vurğulayıb.
Politoloq hesab edir ki, bu gün Ukraynada baş verən nifaqı xarici qüvvələrin ölkədə gedən daxili siyasi proseslərə fəal müdaxilə ilə əlaqələndirməyə dəyməz.
“Qorxuram ki, bu gün orada fəal xarici oyundan söhbət getmir. Hətta düşünürəm ki, daxili siyasi qüvvələr və liderlər – Kliçko və Yatsenyuk da vəziyyətə nəzarət etmirlər. Orada daxili səbəblərdən törəyən və kifayət qədər anarxiya xarakterli proses gedir. Bunun nəyə gətirib çıxaracağı, anarxiya dalğasının necə yatırılacağı barədə heç bir təsəvvürüm yoxdur”, - deyə R.Musabəyov bildirib.
Onun sözlərinə görə, Ukraynada müşahidə olunan qarşıdurmanın nə ilə bitəcəyini proqnozlaşdırmaq olduqca çətindir.
“Tutaq ki, Yanukoviç istefaya getdi, bəs sonra? Məsuliyyəti kim öz üzərinə götürəcək? Tutaq ki, hər hansı hökumət formalaşacaq. Lakin qorxuram ki, bu anarxiya dalğası artıq heç kəsi, formalaşan hökuməti dinləməsin. Hər kəs öz istədiyini edəcək. Ölkə borc içində batır. Bu vəziyyətdən necə çıxacaqları barədə təsəvvürüm yoxdur. Bu müddət ərzində Ukraynanı saxlamağı kim öz üzərinə götürəcək, bilmirəm. Bu səbəbdən bir daha qeyd edirəm ki, mən Yanukoviçin və ya başqasının qalib gəlməsindən deyil, orada gedən proseslərdən narahatam. Ukraynada hakimiyyət zəifdir və bu, təhlükəlidir”, - deyə R.Musabəyov qeyd edib.
Parlament üzvünün fikrincə, Ukraynada baş verən hadisələr Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) kimi təşkilatlara çətin ki, təsir göstərsin.
“Düşünmürəm ki, Ukraynada baş verən hadisələr MDB və ya GUAM-a hansısa şəkildə təsir edə bilər. Hər iki təşkilat onsuz da zəifdir. Ukraynanın bu birliyin üzvü olub-olmaması nəyi dəyişəcək? Bilirsinizmi ki, bu ölkə indiyədək MDB-nin Nizamnaməsini ratifikasiya etməyib? Və Ukrayna rəsmi olaraq MDB-nin üzvü deyil”, - deyə R.Musabəyov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət