Yanvarın 24-də Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycan klassik musiqisindən ibarət “Çin-Azərbaycan dostluq konserti” adlı proqram təqdim edilib. Bu barədə rəsmi mətbuatda məlumat verilir.
Çin paytaxtının ən möhtəşəm salonlarından olan Pekin konsert salonunda min nəfərdən çox tamaşaçı Azərbaycanın dünya şöhrətli bəstəkarlarının əsərlərini dinləyiblər. Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestrinin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Soltan Hacıbəyovun şah əsərləri səslənib.
Gecəni açan Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və Çin Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sie Cinyinq iki ölkə arasında mədəni dialoqun davam etdirilməsi işində layihənin əhəmiyyətini qeyd ediblər.
Ü.Hacıbəylinin “Koroğlu” operasından üvertura ilə konsertin açılışı olub. Çin milli musiqi alətləri olan arhu və pipadan istifadə olunması ölməz əsərə fərqli bir ruh verib.
Konsertdə, həmçinin Fikrət Əmirovun “Azərbaycan” kapriçiosu və “Nəsimi” baletindən süita, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi səslənib.
Azərbaycan Dövlət Musiqili Teatrının solisti, əməkdar artist Nərgiz Kərimova xüsusi uğurla çıxış edib. Onun ifasında Niyazinin məşhur “Arzu” romansı, Ü.Hacıbəyli və F.Əmirovun operalarından ariyalar səsləndirilib.
Konsertin sonunda tamaşaçılar məşhur “Jasmin gülü” simfonik duetini ifa edən azərbaycanlı musiqiçiləri və çinli vokalçı U Panı ayaqüstə alqışlayıblar.
Gecədə Türkiyə, Xorvatiya, Albaniya, İsrail, Özbəkistan, Türkmənistan, Filippin və Əlcəzairin Pekindəki səfirləri, diplomatlar, Çin Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, işgüzar dairələrin nümayəndələri və Pekin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin sonunda professor Yalçın Adıgözəlova Çin Milli Opera və Rəqs Dram Teatrının əsas dəvət olunmuş dirijoru seçilməsi haqqında fəxri diplom təqdim edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət