Leninqradın blokadadan azad edilməsində iştirak etmiş azərbaycanlı veteranlar Rusiya prezidenti Vladimir Putindən təbrik məktubu alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
RF prezidentinin Leninqrad şəhərinin Sovet qoşunları tərəfindən alman-faşist ordusunun blokadasından tamamilə azad edilməsinin 70 illiyi münasibəti ilə təbrik məktublarını veteranlara Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim edib.
Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində baş tutan görüşdə Azərbaycanda yaşayan 11 blokada iştirakçısı, Rusiya, Belarus və Qazaxıstan diplomatları, gənclər və veteranlar təşkilatlarının nümayəndələri, o cümlədən həmvətənlər iştirak ediblər.
Görüş iştirakçıları “Leninqradın Sovet qoşunları tərəfindən alman-faşist qoşunlarının blokadasından azad edilməsinin 70 illiyi” adlı sərgi ilə tanış olub, Rusiya Müdafiə Nazirliyinin arxivindən götürülmüş “Leninqrad uğrunda döyüş” sənədli filmini izləyiblər.
“Minlərlə vətəndaşımızın həlak olduğu bu ağır və uzun müddət davam etmiş döyüşlərdə Sovet xalqının itkilərinin acısını anlamaq çox çətindir. Təxminən iki il yarım davam etmiş döyüşlərdə Sovet döyüşçülərinin və Leninqrad sakinlərinin qazandığı qələbənin əhəmiyyəti çox böyükdür”, - deyə V.Doroxin görüşdə çıxışı zamanı bildirib.
“Biz veteranlar Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin ölkələrimiz arasında sülh və dostluğun qorunması və inkişafı üçün göstərdikləri səyləri yüksək qiymətləndiririk. Veteranlara göstərilən qayğıya görə xüsusi minnətdarlığımızı bildirmək istəyirəm. Biz, Azərbaycanda yaşayan veteran blokada iştirakçıları bundan sonra Azərbaycan prezidentindən aylıq fərdi təqaüd alacağıq”, - deyə “Leninqrad blokadası iştirakçıları” İctimai Birliyinin sədri İrina Kadımova söyləyib.
Veteranlar və Rusiya səfiri arasında söhbət çay süfrəsi arxasında davam edib. Sonda “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov veteranlara xatirə hədiyyələri təqdim edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət