Azərbaycanın mobil rabitə operatorları fevralın 1-dən nömrə daşınması xidmətinin tətbiqinə başlayırlar. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında məlumat verilir.
“Bu xidmətin tətbiqi ilə əlaqədar normativ hüquqi sənədlər qəbul edilib, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılıb və müvafiq test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa çatdırılıb”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, nömrə daşınması xidmətinin tətbiqi təşəbbüsü RİTN-ə məxsusdur.
“Mobil Nömrələrin Daşınması Sistemi” layihəsinin mahiyyəti mobil rabitə abonentinin bir operatordan asılılığının aradan qaldırılmasından ibarətdir. Xüsusilə abonentlər kod və nömrələrini dəyişmədən öz GSM operatorlarını başqası ilə əvəz edə biləcəklər. Bunun üçün abonentlər yalnız operatorun dəyişdirilməsi barədə ərizə yazmalıdırlar.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir – “Azercell”, “Bakcell” və “Azerfon”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət