Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzinin binasının tikintisi üçün podratçı seçir. Bu barədə ƏMDK-nın elanında bildirilir.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 150 manat ($200) təşkil edir.
Bu layihənin həyata keçirilməsi Dünya Bankının krediti hesabına maliyyələşdirilən “Daşınmaz əmlakın qeydiyyatı” layihəsinin bir hissəsidir.
Şirkətlərdən tender təklifləri 2014-cü il martın 5-nə qədər qəbul ediləcək. Tender proseduru həmin gün keçiriləcək.
İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində bütün informasiya-kommunikasiya resursları, şəbəkə və texniki avadanlığın idarə edilməsi, elektron xidmətlərin təşkili və təqdim edilməsi, ölkənin digər strukturlarının aparıcı reyestrləri və informasiya sistemləri ilə əlaqələndirmə üçün nəzərdə tutulub. Mərkəzin inşası 12 ay davam edəcək. İşlərə 2013-cü il sentyabrın 1-dən başlanılıb.
Xəbər verildiyi kimi, 2007-ci ilin mart ayında DB-nin Direktorlar Şurası Azərbaycana “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə $30 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib.
Layihənin məqsədi daşınmaz əmlak bazarının dəstəklənməsi və daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sisteminin formalaşdırılmasıdır. Layihənin reallaşdırılması üçün daha $8 mln. vəsait Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Layihə dörd komponenti özündə birləşdirir. Birinci komponent daşınmaz əmlakın qeydiyyatıdır və məqsədi avtomatlaşdırılmış sistemlərin və onlayn xidmətlərin qurulması vasitəsilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində daha səmərəli və sərfəli müştəri xidmətlərinin göstərilməsindən ibarətdir. İkinci komponent dövlət əmlakının idarə edilməsi ilə bağlıdır. Avtomatlaşdırılmış əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün baza geodeziya, xəritə və kadastr məlumatlarının təmin edilməsi layihənin üçüncü komponentini əhatə edir. Dördüncü komponent təlim siyasətinin formalaşdırılması və layihənin idarə olunması məsələsinə aiddir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət