Azərbaycan və Avropa Birliyi strateji iqtisadi tərəfdaşlığın yeni səviyyəsinə çıxır. Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasında bəyan edib.
“Bu istiqamətdə hazırlanan strateji cəhətdən modernləşdirilmiş tərəfdaşlığa dair saziş ikitərəfli iqtisadi münasibətlərin inkişafında yeni mərhələ olacaq”, - deyə M.Mard vurğulayıb.
Onun sözlərinə görə, sənəd AB ilə Azərbaycan arasında iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorlarında əməkdaşlığın inkişafını nəzərdə tutur.
“Düşünürəm ki, assosiativ əməkdaşlığa dair saziş və bu razılaşma bir-birini tamamlayacaq”, - deyə M.Mard vurğulayıb.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, AB Azərbaycanı Ümumdünya Ticarət Təşkilatında görmək istəyir.
“Biz Azərbaycanın ÜTT-yə daxil olmasına dair danışıqlar prosesini diqqətlə izləyir və Bakını bu sahədə dəstəkləyirik. Lakin buna zaman lazımdır. Buna baxmayaraq, ümid edirik ki, Azərbaycanı ÜTT-də görəcəyik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, respublika ÜTT-yə daxil olduqdan sonra AB Azərbaycanla azad ticarət haqqında saziş imzalamağa hazırdır.
“AB “Şərq tərəfdaşlığı” ölkələri üçün ən perspektivli bazara malikdir və yaxın on il ərzində qarşılıqlı münasibətlərin sabit bazasının yaradılması üçün Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”, - deyə M.Mard bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət