2004-2013-cü illərdə Azərbaycanın regionlarının inkişafına 50,7 mlrd. manat vəsait yönəldilib. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bəyan edib.
“Regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət proqramının icrası çərçivəsində bütün mənbələrdən investisiyalar 50,7 mlrd., o cümlədən birinci proqramın icrasına 16 mlrd. manat (2004-2008-ci illərdə - İF-Az), ikinci proqramın icrasına isə 34,7 mlrd. manat (2009-2013-cü illərdə) təşkil edib”, - deyə nazir bildirib.
Ş.Mustafayevin çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycanın regionlarında 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb, 1,2 mln.-dan çox yeni iş yeri yaradılıb ki, bunun 900 mini daimidir.
Nazir vurğulayıb ki, iki proqramın icrası nəticəsində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3 dəfə artıb.
Ş.Mustafayev əlavə edib ki, prezident İlham Əliyev son 10 il ərzində bölgələrə səfərlər çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib. “Bu dövr ərzində dövlət başçısı regionların inkişafı ilə bağlı 240 sərəncam imzalayıb, onların çərçivəsində 737,4 mln. manat vəsait ayrılıb”, - deyə nazir qeyd edib.
O vurğulayıb ki, 10 illik dövr ərzində regionlarda proqramların icrası çərçivəsində 2708 məktəb, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilib və ya əsaslı təmir olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət