2004-2013-cü illərdə Azərbaycanda sahibkarlar Sahibkarlığıa Kömək Milli Fondunun (SKMF) xətti ilə 1,2 mlrd. manat məbləğində güzəştli kredit alıblar. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.
“Ötən 10 ildə SKMF-in vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 mlrd. manat olan layihələrinin maliyyələşməsinə, 45%-i qaytarılmış vəsait olmaqla, 1,2 mlrd. manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb”, - nazir bildirib.
Ş.Mustafayevin çıxışının mətni rəsmi mətbuatda dərc edilib.
O qeyd edib ki, 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 mln. manat olan 104 sənaye layihəsi maliyyələşdiriib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilb, 24-ü üzrə işlər davam etdirilir.
Nazir əlavə edib ki, görülən tədbirlər nəticəsində məşğulluqda özəl sektorun payı 68%-dən 74%-ə, vergi daxilolmalarında 42%-dən 72,5%-ə qalxıb, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80%-i ötüb.
Ş.Mustafayev onu da bildirib ki, ötən müddətdə Azərbaycanın regionlarında 14 beşulduzlu otel istifadəyə verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət