2004-2013-cü illər ərzində Azərbaycanın yol-nəqliyyat kompleksinə 8,2 mlrd. manat vəsait yönəldilib. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.
“2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilib və təmir olunub, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilib, 85 körpü əsaslı təmir olunub”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə 400 kilometr dəmir yolu əsaslı təmir olunub, regionlarda 4yenihava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib, yeni hava gəmiləri alınıb.
“Bundan başqa, 2004-2013-cü illər ərzində 16 avtovağzal tikilib, 9 avtovağzal yenidən qurulub, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilib. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 mlrd. manat vəsait yatırılıb”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, 2009-2013-cü illəri əhatə edən regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində Azərbaycanda avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilib, yenidən qurulub və təmir olunub. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilib, 47 körpü isə əsaslı təmir olunub.
O, həmçinin qeyd edib ki, son beş il ərzində Bakıda 379 kilometr yol çəkilib, müxtəlif səviyyəli 40 yol qovşağı, körpü və tunel tikilib və yenidən qurulub, 37 piyada keçidi inşa edilib.
“Ötən beş il ərzində paytaxtda kiçik tutumlu 4700 mikroavtobus iri və orta tutumlu 2240 müasir sərnişin avtobusu ilə əvəz edilib. Regionlarda 11 avtovağzal tikilib, 6 avtovağzal yenidən qurulub. Hazırda Daşkəsən, Horadiz və Gəncədə 3 avtovağzalın tikintisi aparılır”, - deyə Z.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 318 kilometr yol, Saatlı-Becar və Çarxı-Sarvan mənzillərində 2 dəmir yolu körpüsü tam yenidən qurulub, Ağstafa rayonunda Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi, Yevlax rayonunun ərazisində isə mövcud körpünün bərpası yekunlaşmaq üzrədir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət