SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) iki yeraltı qaz anbarının ümumi həcmini 5 mlrd. kubmetrə çatdırıb. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çərşənbə günü Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.
“Əvvəllər qaz anbarlarının tutumu bizə 800 mln. kubmetr qaz saxlamağa imkan verirdi. Görülmüş işlər nəticəsində artıq bu gün anbarların tutumu 5 mlrd. kubmetrə çatdırılıb”, - deyə o qeyd edib.
O məlumat verib ki, 2013-cü ildə “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarında yığılan qazın həcmi 3,5 mlrd. kubmetr təşkil edib.
“Havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 mln. kubmetr qaz verilir ki, bu da “Şahdəniz” yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir”, - deyə R.Abdullayev vurğulayıb.
O, həmçinin deyib ki, Azərbaycanda 2013-cü ildə qazlaşma səviyyəsi 89,8%-ə, o cümlədən Bakı şəhəri üzrə 99%-ə, regionlar üzrə 83,4%-ə çatdırılıb.
“2004-cü ildən ölkədə uzunluğu 4,8 min kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometr daşıyıcı xətt çəkilib, 8 min kilometr boru xətti əsaslı təmir olunub. Qazlaşdırılma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunub, 41 qazpaylayıcı stansiya yenidən qurulub”, - deyə SOCAR-ın prezidenti vurğulayıb.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları var. “Qaradağ” yeraltı qaz anbarı Bakıdan 25 km cənub-şərqdə yerləşir və 1954-cü ildə istismara verilib. “Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət