Azərbaycan hökuməti 2020-ci ilə qədər dövlət büdcəsinin gəlirlərinin əsasən qeyri-neft sektorundan formalaşmasını qarşıya məqsəd qoyur. Bunun üçün illik qeyri-neft sektorundan vergi daxilolmalarının artımının 10-15% səviyyəsində olması zəruridir. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü Bakıda keçirilən III Vergi Forumunda çıxışı zamanı bəyan edib.
“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, dövlət büdcəsinin əsas gəlir mənbəyi qeyri-neft sektorundan vergi daxilolmaları olmalıdır. Bunun üçün 2020-ci ilə qədər olan dövrdə qeyri-neft sektorundan vergi daxilolmalarının illik artımının 10-15% səviyyəsində olması lazımdır”, - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə dövlət büdcəsinə qeyri-neft sektorundan vergi daxilolmaları 13,8% artıb. Son 10 il ərzində bu göstərici illik orta hesabla 25% təşkil edib.
S.Həsənova əlavə edib ki, Azərbaycan iqtisadiyyatın ixracyönümlü inkişaf modelini seçib. “Bunun üçün biz tədricən passiv vergi siyasətindən fəal vergi siyasətinə keçməli, vergi dərəcələrini optimallaşdırmalıyıq”, - deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı üçün Azərbaycan hökuməti vergi güzəştləri təbiq edir və gələcəkdə də tətbiq edəcək. “Bu güzəştlər ünvanlı xarakter daşıyır və müəyyən müddət ərzində qüvvədədir. Hesab edirik ki, vergi güzəştlərinin düzgün seçimi və tətbiqi hesabına qeyri-neft sektorunun inkişafına yeni investisiyaların axınını təmin etmək mümkündür”, - deyə o qeyd edib.
S.Həsənova əlavə edib ki, Azərbaycanda vergi rejimi vaxtaşırı təhlil olunur və bu və ya digər vergi güzəştlərinin tətbiqi və ya imtina olunmasına dair qərar qəbul edilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət