Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə milli valyutanın məzənnəsinin sabitliyinin qorunması məqsədilə valyuta bazarında $2,5 mlrd. həcmində xarici valyuta alıb. Bu barədə AMB-nin məlumatında qeyd olunur.
Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən $2,5 mlrd.-a yaxın həcmdə alışyönlü valyuta sterilizasiyası həyata keçirilib”, - deyə məlumatda qeyd edilir.
AMB-nin məlumatına əsasən, 2013-cü ildə bankın valyuta ehtiyatları 21% artaraq $14,2 mlrd.-a çatıb.
Məlumatda vurğulanır ki, bankın valyuta ehtiyatlarının idarə edilməsinin səmərəliliyinin artırılması üçün ehtiyatların valyuta, alət və coğrafi diversifikasiyasının genişləndirilməsi məqsədilə yeni strategiya formalaşdırılıb.
Xəbər verildiyi kimi, AMB 2012-ci ildə milli valyutanın məzənnəsinin qorunması üçün valyuta bazarında $1,5 mlrd. məbləğində xarici valyuta alıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət