Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ilə qədər ünvanlı sosial yardımın təyin edilməsi prosesini avtomatlaşdırmağı planlaşdırır. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə söyləyib.
Nazirliyin məlumatında qeyd edilir ki, S.Müslümov Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardi ilə görüşüb.
S.Müslümov bildirib ki, hazırda nazirliyin fəaliyyət sahələrində ciddi islahatar aparılır. “İnstitutsional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi şəffaflığı təmin edəcək, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini artıracaq”,- deyə nazir əlavə edib.
O həmçinin, M.Mardiyə əmək haqlarının ödənilməsi sistemində aparılan islahatlar, məşğulluq və demoqrafiya, ünvanlı sosial yardım, əlilliyə görə müavinətlərin təyin edilməsi və s. barədə məlumat verib.
Görüşdə həmçinin AB və nazirlik arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Ünvanlı sosial yardımın həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünün gəliri arasındakı fərqə əsasən hesablanır. Gəliri bu meyardan aşağı olan ailələr ünvanlı sosial yardım alıcılarıdır.
2014-cü il yanvarın 1-nə olan vəziyyətə görə 140,711 min ailəyə ünvanlı sosial yardım təyin edilib( 615,516 min nəfər) . Hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq həcmi 126,88 manat təşkil edir. Ailənin hər bir üzvü üçün bu məbləğ 29,01 manata bərabərdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət