7 Mart 2014-cü il tarixində London Fond Birjasının binasında II “Xəzər dəhlizi” konfransı (Caspian Corridor Conference) keçiriləcək.Bu barədə ABB-nin məlumatında bildirlir.
Konfrans London Fond Birjası Qrupu (LSEG), Azərbaycan Beynəlxalq Bankı (ABB), Britaniya-Azərbaycan Biznes Şurası (BABC) və Asiya House tərəfindən təşkil olunacaq.
“Xəzər dəhlizi” konfransı regionun iqtisadi inkişaf perspektivləri və tendensiyalarını müzakirə etmək üçün Xəzəryanı ölkələrin hökümət nümayəndələri, biznes dairələri, elmi və kütləvi informasiya vasitələrinin nümayəndələrini birləşdirir.
Xəzər dəhlizi regionu, o cümlədən, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Qırğızıstan və Tacikistanı birləşdirir. Regionda iqtisadiyyatın diversifikasiyası, güclü regional iqtisadi əməkdaşlıq və iqtisadi sabitlik son bir neçə ildə yüksək iqtisadi artımı təmin etmiş və yaxın gələcəkdə davam edəcəkdir. BVF-nın proqnozlarına əsasən, region üçün ÜDM-in artım tempi 2014-cü ildə 6% təşkil edəcək. Maliyyə xidmətləri sektorunun inkişafı, regional və milli infrastruktura sərmayələr beynəlxalq ticarət və sərmayələrin inkişafı üçün imkanları artırır.
“Xəzər dəhlizi” konfransı çərçivəsində regionun artım faktorları, Böyük Britaniya və Londonla əlaqələr müzakirə ediləcək, regionda iqtisadı məsələlərin inkişaf həlləri təqdim edilcək. Konfrans Böyük Britaniyanın inkişaf etmiş iqtisadiyyat sektorlarını təmsil edən və yönəldən şəxslər tərəfindən məruzələr və yüksək səviyyəli müzakirələri nəzərdə tutur.
“İlk "Xəzər dəhlizi" konfransı böyük uğurla keçmiş, Xəzər regionu və Londonun biznes dairləri arasında mühüm dialoqa başlanğıc olmuşdur. İnanıram ki, 2014-cü ildə keçirəcəyimiz konfrans bu təməl üzərində qurulacaq və Birləşmiş Krallığın və Xəzər dəhlizi ölkələri, eləcə də MDB-nin maliyyə bazarları arasında daha sıx əlaqələrin gücləndirilməsini davam edəcək. Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur və biz çalışırıq ki, Böyük Britaniya və digər beynəlxalq sərmayəçilərlə daha güclü və geniş əlaqələr quraq",- deyə Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev, konfransı şərh edərək bildirib.
"Biz ikinci “Xəzər dəhlizi” konfransına dəstək olmağa şadıq. Böyük Britaniya və dinamik inkişaf edən bu region arasında işgüzar əlaqələr möhkəmlənir və biz gözləyirik ki, bu vəziyyət 2014-cü ildə və sonrakı illərdə davam edəcək. Konfrans “Xəzər dəhlizi” ölkələri və London nümayəndələri üçün real dəyərlər, işgüzar münasibətlər qurmağa imkan yaradır ",- deyə
London Fond Birjası Qrupunun Baş icraçı direktoru Xavier Rolet bildirib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət