SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Ekologiya İdarəsi “Günəşli” yatağında 7 №-li dərin dəniz özülünün tikintisi və istismarı üçün “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” (ƏMTQ) layihə sənədi hazırlayır. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
Platforma “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” tresti tərəfindən inşa olunacaq. Sifarişçi qismində “Azneft” İstehsalat Birliyi çıxış edir.
Məlumatda qeyd olunur ki, Ekologiya İdarəsi “Günəşli” yatağında monitorinq aparıb. Bunun əsasında ətraf mühitə potensial mənfi təsirlərini minimuma endirmək məqsədilə yumşaltma tədbirləri müəyyən edilib.
Bundan başqa, layihənin hər bir iri komponenti üçün Ətraf Mühiti İdarəetmə Planı işlənib hazırlanıb.
“Növbəti mərhələdə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən bu istiqamətdə təklif və rəylərin yekun sənəddə nəzərə alınması üçün ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət