Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı-Qazax-Gürcüstan magistral yolunda reyd keçiriblər.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Reyd zamanı yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər yoxlanılıb.Nazirlik əməkdaşlarının radikal tədbirlər görməyə son vaxtlar həddən artıq yüklənmiş avtomobillərin yolları dağıtması olduğunu qeyd edib.Böyük məbləğdə vəsaitlər sərf edilərək çəkilən və təmir edilən yollar dağıdılır. Yollarda tərəzilərin qoyulmasına baxmayaraq, belə maşınlar hələ də hərəkət edir, qəzalar yaradır və yollara böyük zərər vururlar.
Artıq Bakı-Qazax, Bakı-Quba, Bakı-Ələt-Astara və digər istiqamətlərdə tərəzilərin sayı artırılıb. .Reydlər əsasən magistral yollara şamil olunur. Hazırda bütün ölkə boyu reydlərə start verilib.
Təyin olunan normanı aşan nəqliyyat vasitələri hərəkət zolağından kənarlaşdırılacaq və ancaq qoyulan tələblərə riayət etdikləri təqdirdə, yenidən hərəkət etmələrinə icazə veriləcəyi bildirilib.
Reydlər zamanı sürət həddini aşan və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşlarının göstərişlərinə tabe olmayan sürücülər aşkar edilib.Həmin avtomobil vasitələrinin dövlət nömrə nişanları götürülüb və onların barəsində ciddi tədbirlər görüləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət