Bu gün korrupsiyaya qarşı mübarizənin Azərbaycan modeli bir çox dövlət başçıları və beynəlxalq təşkilatlar tərəfindən nümunə olaraq göstərilir.Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafaye belə bəyan edib.
“Azərbaycan prezidenti insan hüquqlarının təmin olunmasına və müdafiəsinə böyük diqqət ayırır, dövlət səviyyəsində korrupsiya deyilən sosial bəlaya qarşı yönəlmiş ciddi təbirlər görülür”,- deyə A.Mustafayeva çərşənbə günü institut tərəfindən nəşr etdirilmiş “Asntikorrupsiya siyasəti- dövlətin ardıcıl startegiyası” adlı kitabın təqdimat mərasimində bildirb.
Onun sözlərinə görə, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində ciddi hüquqi baza yaradılıb, qanunu pozanlara qarşı mübarizə günü -gündən güclənir.
“Ölkə rəhbərliyinin bu istiqamətdə gördüyü tədbirlər bir çox dövlətlərə nümunə ola bilər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyi- Asan xidmətin yaradılması korupsiyaya qarşı mübarizədə çox səmərələi alət və vətəndaş məmur münasibətləri strukturunda asanlaşdırıcı bənd oldu.Asan xidmət şəffaflığın təmin edilməsinə xidmət edir ki, bu da gələcəkdə korrupsiyaya qarşı səmərəli element olaraq istifadə oluna bilər.
A.Mustafayeva Respublikanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılmasını korrupsiya ilə mübarizə istiqamətində əhəmiyyətli addım adlandırıb.
“Antikorrusiya İdarəsinin fəaliyyətə başlaması ilə bu sosial bəlaya qarşı yönəlmiş tədbirlər daha fəal şəkildə həyat keçirilməyə başladı. Bu mənada artıq nəzərəçarpacaq uğurlar əldə olunub. Bu günlərdə Milli Məclis “Prokurorluq haqqında” qanuna düzəlişləri qəbul edib ki, bu düzəlişlərə əsasən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi statusu verilib. Beləliklə, qurumun səlahiyyət dairəsi genişləndirilib ki, bu da Azərbaycanda korrupsiya ilə mübarizəyə böyük diqqət ayrıldığnı sübut edir”,- deyə o qeyd edib.
“Hesab edirəm ki, XXI əsrdə biz bu bəlaya qələbə çalacağıq”,- deyə A.Mustafayeva vurğulayıb.
“Korrupsiyanın sərhədləri yoxdur, bu problem transmilli xarakter daşıyır”,- deyə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Vüqar Əliyev bildirb.
“Azərbayan bu baxımdan başqa dövlətlərdən geri qalmır.Ölkəmizdə korrpusiyaya qarşı mübarizə üzrə 2004-2006, 2008-2011 və 2012-2015-ci illəri əhatə edən 3 milli fəaliyyət planı qəbul edilib. Korrupsiya ilə mübarizənin Azərbaycan modeli müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən yüksək qiymətləndirilir.Azərbaycan prezidenti öz çıxışlarında müntəzəm olaraq bu məsələdə səylərin gücləndirilməsinin vacibliyini vurğulayır”,- deyə o qeyd edib.
Təqdimat mərasimində kitab müəllifləri də çıxış etdilər.
Tarix elmləri doktoru, professor Namiq Axundov insanların fikirlərinin dəyiməsinin vacibliyini vurğulayıb.
“İnsamları kim olur olsun, istər məmur, istər bir başqasına rüşvət verməməyə öyrətmək lazımdır.Əlbəttə elə insanlar vardır ki, rüşvət almağı sevirlər və bunu istəyirlər.Lakin, biz buna qarşı mübarizə aparmalıyıq.Əgər biz vətəndaşlara rüşvət verməməyi öyrətsək bu korrupsiyaya qarşı böyük zərbə olar”,- deyə o qeyd edib.
Öz növbəsində İnsan Hüquqları üzrə İnstitutunun şöbə müdiri Rövşən Vəlizadə korrupsiyanı siyasi bəla adlandırıb. “Korrpupsiyanın kiçik, lokal müharibələrlə və terrorçuluqla bir başa əlaqəsi var. 2013-cü ildə dünyada müşahidə olunmuş lokal müharibə və terrorçuluq hallarının 54%-i korrupsiya ilə əlaqəlidir”.- deyə o qeyd edib.
R.Vəlizadənin sözlərinə görə, nəzarətdə olmayan ərazilər korrupsiyanın inkişafı üçün əlverişli şərait yaradır.
“Dünyada səkkiz nəzarətsiz ərazi vardr ki, onlardan biri də Dağlıq Qarabağır.Belə zonalarda silah alveri və terrorçuluq baş alıb gedir.Ermənistanın dövlət səviyyəsində yürütdüyü terrorçuluq siyasəti də bir başa olaraq transmilli korrupsiya ilə bağlıdır”,- deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət