Rəsmi Ankara hesab edir ki, Azərbaycanla Türkiyənin təhlükəsizlik qurumları Suriyada vuruşan azərbaycanlılarla bağlı əməkdaşlıq etməlidir.
“Hər iki ölkə (Azərbaycan və Suriya – İF-Az) təhlükəsizlik strukturları səviyyəsində azərbaycanlı vətəndaşların Suriya münaqişəsində iştirakı məsələsini müzakirə etməlidir.Əgər biz bu məsələdə əməkdaşlıq etsək Suriyada döyüşmək istəyən şəxslərin sərhədi keçməsinin qarşısını ala bilərik”, - deyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü Gəncədə Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının görüşünün yekununa dair mətbuat konfransında bəyan edib.
O, həmçinin qeyd edib ki, Türkiyə ölkəyə gələn hər kəsə nəzarət edə bilməz.
“Biz Türkiyəyə gələn xarici vətəndaşları bir-bir sorğu-sual edə bilmərik. Lakin birgə əmakdaşlıq nəticəsində Suriyada vuruşmaq məqsədi ilə sərhədi keçənlərin girişinə imkan vermərik” – deyə Əhməd Davudoğlu bildirib.
“Suriya rejimi xalqa qarşı hər cür silah tətbiq edir. Bu müharibən isə müxtəlif qruplar istifadə edir” – deyən türk nazir əlavə edib ki, Türkiyənin Suriya ilə 911 km sərhədi var və baş verən müharibə nəticəsində 700 minə yaxın suriyalı Türkiyədə sığınacaq tapıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət