Azərbaycan 2013-2014-cü illərdə əqli mülkiyyətin müdafiəsi sahəsində MDB-nin iştiarkçı ölkələri arasında liderdir. Bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov cümə axşamı “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda beynəlxalq seminarda bəyan edib.
“İnternetin sürəti üzrə Mərkəzi Asiya və MDB ölkələri arasında lider mövqeyi tutan Azərbaycan, İnternetə çıxış üzrə dünyada 20-ci və sosial şəbəkələrdə fəallığa görə 41-ci yerdədir”, - deyə o vurğulayıb.
K.İmanovun qeyd etdiyi kimi, son illərdə Azərbaycanda müəllif hüquqları sahəsində piratçılıqla mübarizədə müəyyən uğurlar əldə olunub. O əlavə ediob ki, Bakı beynəlxalq səviyyədə piratçılıqla mübarizədə fəal iştirakçıdır.
“Bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində, 2005-ci ilin göstəricisi ilə müqayisədə ölkədə kitab nəşrində piratçılığın səviyyəsi 61%-dən 30%-dək, audio-video məhsullar bazarında – 90%-dən 70%-dək, proqram təminatı sahəsində - 96%-dən 87%-dək azalıb”, - deyə Agentliyin sədri bildirib.
K.İmanov həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) uğurla inkişafı və tətbiqini qeyd edib.
“Azərbaycanda elektron hökumət sürətlə inkişaf edir. Yalnız 2013-cü ildə 262 min nəfər elektron hökumətə müraciət edib. Qəbul olunan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da İKT-nin inkişafına böyük diqqət ayrılıb. Belə ki, yaxın 8-10 ildə ölkədə İKT sahəsi dörd dəfə genişlənəcək. Beləliklə, Azərbaycanı iri informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevirmək planlaşdırılır”, - deyə o vurğulayıb.
Agentliyin sədri həmçinin ölkənin təhsil sistemində İKT-nin artan xəttlə təbiqini qeyd edib.
“Hazırda Azərbaycanın məktəblərində 18 şağirdə orta hesabla bir komyuter düşür. Məktəblərin 37%- ümumi təhsil şəbəkəsinə qoşulub, ümumilikdə 1695 tədris müıssisəi bura qoşulub. Virtual təhsilin tətbiqində “Elektron məktəb” layihəsinin reallşmasına böyük ümidlər var”, - deyə K.İmanov bildirib.
“Azərbaycanda Müəllif hüquqlarının müdafiəsi üzrə Milli Strategiya hazırlanır”, - deyə Agentliyin sədri vurğulayıb.
Onun sözlərinə görə, bu sənəd “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulub və 2014-cü ildə hazır olacaq.
K.İmanovun bildirdiyi kimi, Müəllif hüquqlarının müdafiəsi üzrə Milli Strategiya, o cümlədən sənaye mülkiyyəti, əmtəə nişanları və patentləri əhatə edəcək.
Agentliyin sədri qeyd edib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv ölkələrinə müəlli hüquqlarının müdafiəsi üzrə təklifləri layihə şəklində təqdim etmək xahişi ilə müraciət edib.
“Üç variant mövcuddur. Onlardan birincisi İnternetdə müəllif hüquqlarının ləğv edilməsi və əsərlərin müəllifə istinadən aşıq şəkildə istifadə olunmasından ibarətdir. İkinci varianta əsasən, İnternetdə yerləşdirilən materiallar müəllif hüquqları nəzərə alnmaqla istifadə olunmalıdır. Lakin, bu zaman həmin proses onların müəlliflərinə müəyyən haqq qazandırsın. Və üçüncü variant istifadəçilərin hüquqlarının məhdudlaşdırılması ilə qanunvericiliyin sərtləşdirilməsindən ibarətdir. Azərbaycan hər üç varianta dair öz təkifləri ilə çıxış edəcək”, - deyə K.İmanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ikinci varianta üstünlük verir.
“Belə ki, əsərlər icazə alınmadan istifadə olunacaq, lakin bu zaman hüquqi sahib və ya müəllifə qonorar və ya haqq qazandıracaq”, - deyə K.İmanov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət