Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət !” kampaniyası çərçivəsində Xocalı soyqırımı barədə dünya birliyinin məlumatlanması istqamətində ötən illər ərzində əhəmiyytli uğurlar əldə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, "Xocalıya ədalət!" təbliğat və məlumatlandırma kampaniyasının koordinatorlarından biri Nicat Məmmədli belə bəyan edib.
“Xocalıya ədalət!” kampaniyası şərçivəsində aparılan fəaliyyət sayəsində ölkəmiz bir sıra ölkələrin parlamentləri tərəfindən ermənilərin Azərbaycan xalqına qarşı tərətdikləri Xocalı soyqırımının tanınmasına və qınanmasına dair qətnamələr qəbul edilməsinə nail olub”,- deyə o Bakıda "Xocalıya ədalət!" təbliğat və məlumatlandırma kampaniyasının 5 illik fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı tədbirdə qeyd edib.
Onun sözlərinə görə kampaniyanı ilk olaraq rəsmi şəkildə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dəstəkləyib.
“İlk olaraq Məhz İƏT “Xocalıya ədalət!” kampaniyasının dəstəklənməsinə dair aktiv fəaliyyətə başladı və Xocalı soyqırımını tanıdı.Bu ilin fevral ayında İƏT-in tədbiri çərçivəsində İranda dünyanın 53 ölkəsinin parlament nümayəndələri Xocalı faciəsini soyqırım və insanlığa qarşı törədilmiş cinayət olaraq tanıyıb”, - deyə kampaniyanın koordinatoru qeyd edib.
N.Məmmədli deyib ki, bu gün bir sıra dövlətlərin parlamentləri o cümlədən Cexiya, Bosniya və Hersoqovina, Meksika, Honduras, Peru, Kolumbiya, eləcə də Amerikanın 50 ştatından 14-nün qanunverici orqanları Xocalı soyqırımına dair qətnamə qəbul ediblər.
“Bu səylərin cari ildə və 2015-ci ildə artırılması xüsusilə vacibdir, çünki erməni lobbisi uydurma “erməni soyqırımının” 100 illiyinə ciddi hazırlıq işləri aprır və növbəti dəfə bir əsr öncə baş vermiş hadisələrə dair dünya birliyinə yalan informasiya verməyə hazırlaşır.
N.Məmmədli Miçiqan Universitetinin professoru, Ermənistan prezidentinin eks müşaviri Jirayp Liparityanın Xocalı soyqırımının törədilməsində ermənilərin təqsirini etiraf etməsini müsbət fakt adlandırıb.
“Xocalı soyqırımın qurbanlarının haqlarının bərpa edilməsi Ermənistanın ölən və yaralanların ailələrinə təzminat verməsini də nəzərdə tutur.Hətta bu baş verməsə belə, dəhşətli cinayət törətmiş tərəfin öz təqsirini etiraf etməsi və üzr istəməsi özü -özlüyündə müsbət nəticədir.Bu mənada Xocalıda dinc azərbaycanlıların məhv edilməsində ermənilərin təqsirini etiraf edən Jirayp Liparityanın məqaləsini xüsusi qeyd etmək lazımdır”,- deyə N.Məmmədli vurğulayıb.
J.Liparityaın “Akos” qəzetində çıxmış məqaləsində qeyd edilir ki,”bir erməniyə Xocalını təsvir etmək çox çətindir”.
“Xocalı o hadisdir ki.- burda ermənilər başqa xalqa, bu hadisədə konkret olaraq Azərbaycan xalqına qarşı vəhşilik törətməkdə ittiham edilir.Ermənilər qatil olmağa adətkar deyillər biz adətən qurban olmağa adət etmişik.Bununla belə, orda qəbuledilməz bir hadisə baş verib,Qarabağda ermənilər Azərbaycanın mülki vətəndaşlarını qətlə yetiriblər , şikəst ediblər.Ermənilərin günahını etiraf etməsi azərbaycanlıların öz günahlarını etiraf etməsindən asılı olmamalıdır.Əgər Xocalı faciəsi müharibənin vurduğu zərbə kimi izah edilsə,onda hər bir mülki vətəndaşa qarşı istənilən qanunszuluq da belə qiymətləndirilə bilər.Biz özümüz miqyas etibari ilə kiçik olsa belə bizim tərəfimizdən törədilmiş cinayəti etiraf etmiriksə,nə üçün ümid etməliyik ki,bizə qarşı törədilmiş cinayətləri başqaları tanıyacaq?”,- deyə erməni professorun məqaləsində bildirilir.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət