“Aqrolizinq” ASC 2005-2013-cü illərdə mineral gübrə və kənd təsərrüfatı texnikasının alınması və aqroservis filiallarının tikinti işlərinin həyata keçirlməsinə 650,3 mln. manat yönəldib. Bu barədə “Aqrolizinq”in idarə heyətinin sədr müavini Elşən Məmmədov məlumat verib.
Bu vəsaitdən 274,45 mln. manat kənd təsərrüfatı texnikasının, 133,3 mln. manat texniki avadanlığın, 121,15 mln. manat mineral gübrələrin, 35,65 mln. manat cins mal-qaranın alınmasına, qalanı tikinti işlərinə və s. məqsədlər üçün sərf edilib”, - deyə E.Məmmədov bu gün rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Bu dövrdə dövlət büdcəsinin və digər mənbələrdən cəlb edilmiş vəsaitlər hesabına cəmiyyət mineral gübrələr üçün 6 regional logistika bazası, 38 müasir aqroservis filialı və təmir emalatxanası inşa edib.
2005-2013-cü illərdə SC-nin xətti ilə 11,542 min ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 4,05 min traktor, 327 taxılbiçən kombayn lizinqə verilib.Ümumilikdə, 6591 fiziki və hüquqi şəxs lizinqlə texnika əldə edib.
Bununla yanaşı, ayrılmış vəsaitlər hesabına 10 min baş cins mal qara alınaraq yerli fermerlərə satılıb.
Fermerlərin mineral gübrələrə olan tələbatlarını nəzərə alaraq, “Aqrolizinq” 400 min tona yaxın müxtəlif növ gübrə alıb.
“Aqrolizinq” ASC 2004-cü ildə yaradılıb və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət