Fevralın 27-də Parisdə xalq rəssamı Tahir Salahovun 85 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sərgi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı iləkeçiriləcək.
Martın 14-nə qədər davam edəcək sərgidə rəssamın rəngkarlıq, qrafika və xalça üzərində toxunmuş əsərləri nümayiş etdiriləcək.
Azərbaycan və Rusiyanın Xalq Rəssamı, Tahir Salahov Rusiya İncəsənət Akademiyasının vitse-prezidentidir.O SSRİ sosialis Əməyi qəhrəmanı adına layiq görülüb, SSRİ vəRusiya Dövlət mükafatları laureatıdır.
Rəssamın yaradıcılığında Azərbaycan neftçilərinin həyatına həsr edilmiş silsilə əsərlər mühüm yer tutur. “Səhər eşelonu” (1958), “Təmirçilər” (1960), “Xəzər üzərində” ( 1961), “Abşeron qadınları” (1967), “ Xəzərdə səhər” ( 1986) və s. onun ən tanınmış əsərləridir.
T.Salahovun portret qalereyası da böyük uğur qazanıb.Bu əsərlər arasında “Aydan”(1967), “Danın portreti”(1983), eləcə də mədəniyyət xadimlərindən D.Şostokoviç, Q.Qarayev, F.Əmirovun, rəssam R.Rauşenberqin, aktyor M.Şellin, şairlər M.Ə.Sabir, R.Rza, H.Hesse, yazıçı M.İbrahimbəyov, violonçel ustası M.Rostropoviçin portretləri xüsusilə məşhurdur.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət