Bakıda “Silk Wind” layihəsi üzrə İşçi Qrupunun ilk iclası keçirilib. Bu barədə Nəqliyyat Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Silk Wind” layihəsi TRASEKA proqramının “Logistik proseslər və dəniz magistralları” layihəsi çərçivəsində, Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi tərəfindən irəli sürülüb.
“Layihə TRASEKA dəhlizi ilə əlavə yük axınlarının cəlb edilməsi, iştirakçı ölkələrin gömrük xidmətləri və daşıma prosesinin iştirakçıları arasında ilkin informasiya emalı sisteminin təbiqi ilə müntəzəm, effektiv konteyner qatarı marşrutunun yaradılması və kompleks loqistik xidmətlərin göstərilməsinə yönəlib”, - deyə məlumatda qeyd olunub.
Bu layihənin reallaşdırılması ilə TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə, Azərbaycan, Gürcüstan Qazaxstan, və Türkiyənin nəqliyyat potensialının və bu istiqamətdəki səylərinin birləşdirilməsi nəzərdə tutulur.
Çin Xalq Respublikası tərəfindən qərb əyalətlərinin inkişafı üçün həyata keçirilən “Qərbə doğru” inkişaf proqramı, Qazaxıstan ərazisində “Jezkazqan-Beyneu” yeni dəmir yolu xəttinin tikintisi, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi, eləcə də bu ölkələrdə dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı aparılan tikinti və reabilitasiya işləri, sözügedən layihənin irəli sürülməsi üçün əsas təşkil edib.
Layihə çərçivəsində Qazaxstan tərəfindən layihə üzrə blok-qatarın “Dostık/Altınkol – Jezkazqan – Aktau limanı – Bakı limanı – Tbilisi – Qars” marşrutu üzrə buraxılması təklif edilib.
2012-ci ilin noyabr ayının 28-də İzmir şəhərində keçirilmiş “Qara Dəniz, Mərkəzi Asiya və Orta Şərq regionlarında Ticarət və Beynəlxalq Avtomobil Daşımalarının İnkişaf Perspektivləri” mövzusunda Beynəlxalq Konfransda “Silk Wind” layihəsinin inkişafı istiqamətində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlikləri arasında “Nəqliyyat əlaqələrinin inkişafı və yük daşımalarının təşkili üzrə birgə fəaliyyət prinsipləri haqqında Anlaşma Memorandumu” imzalanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət