Azərbaycan və Əfqanıstan arasında inkişaf edən əməkdaşlıq İKT sahəsinə də sirayət edib. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Bakıda İKT sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Əfqanıstan İşçi Qrupunun III iclasında bildirib.
RİTN-in saytında verilmiş məlumatda deyilir ki, E.Vəlizadə işçi qrupunun fəaliyyətini qənaətbəxş olaraq qiymətləndirib.
Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Aimal Marjan azərbaycanlı həmkarlarının böyük dəstəyi ilə Əfqanıstanda İKT sahəsində əhəmiyyətli işlər görüldüyünü qeyd edib. Bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını önə çəkən nazir müavini yaxın zamanlarda müzakirə edilən mövzularda mühüm nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib.
İclasda Əfqanıstanda “elektron hökumət”in qurulması layihəsi çərçivəsində baş tutan görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Hər iki ölkənin müvafiq nazirlikləri və Azərbaycanın “SİNAM” LTD şirkəti tərəfindən həyata keçirilən işlər üzrə məruzələr dinlənilib. Bundan sonra isə Əfqanıstanın İKT sahəsində hazırkı tələbatlarının müəyyən olunması, bu ölkənin İKT sektorunda Azərbaycanın potensial iştirakı və sair mövzularda fikir mübadiləsi aparılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət