1 yanvar 2016-cı il tarixindən etibarən Azərbaycanda “Yaşıl Kart” (“Green Card”) sisteminin tətbiqinə başlanacaq. Bu barədə İcbari Sığorta Bürosunun (İSB) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yalçın Müslümov məlumat verib.
“Hazırda İSB-nin “Green Card” sisteminə daxil olması üçün hazırlıq işləri aparılır. Azərbaycan hökumətinə “İcbari sığortalar haqqında” qanun və büronun nizamnaməsinə dəyişikliklərin edilməsi üzrə layihələr təqdim olunub. Biz 2014-cü ilin sonuna kimi hazırlıq işlərini başa çatdırmalıyıq”, - deyə Y.Müslümov cümə günü İSB-nin 2013-cü ildə fəaliyyətinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2015-ci ilin iyul ayında “Green Card”ın Baş Assambleyasında Azərbaycanın sistemə daxil olmasına dair qərar qəbul olunacağı gözlənilir. “Belə olduğu halda “Green Card” sistemi 1 yanvar 2016-cı il tarixindən etibarən Azərbaycanda aktivləşəcək”, - deyə o əlavə edib.
Azərbaycanı “Green Card”da İcbari Sığorta Bürosu təmsil edəcək.
“Green Card” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və “Yaşıl Kart”lar üçün vahid standartlar qəbul edilib. “Yaşıl Kart”a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
Hazırda “Yaşıl Kart” sisteminə Avropa, Asiya və Afrikanın 46 ölkəsi qoşulub. 2006-cı ildə Büro Şurasının mənzil-qərargahı Brüsselə köçürülüb.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 14 sığorta şirkəti İSB-nin üzvüdür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət