Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kənd təsərrüfatı sahəsində maliyyələşdirmək üçün investisiya layihələri seçir. Bu barədə fondun elanında deyilir.
Layihələrin seçimi prezident İlham Əliyevin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının
fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrası çərçivəsində həyata keçirilir.
SKMF layihələrin seçimini 3 istiqamətdə həyata keçirir.
Birinci istiqamət kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzlərin yaradılmasını əhatə edir.
Fond Bakı şəhərində tutumu 35 min ton, o cümlədən Qaradağ rayonunda tutumu 20 min ton, Binəqədi rayonunda 10 min ton, Nizami rayonunda 5 min ton, Sumqayıt şəhərində 13 min ton; Gəncə şəhərində 20 min ton; Şəki şəhərində 5 min ton; Kürdəmir rayonunda 10 min ton; İmişli rayonunda isə 5 min ton olan logistik mərkəzlərin yaradılması üzrə layihələri kreditləşdirməyə hazırdır.
Logistik mərkəzlər müvafiq infrastruktura malik olmalı və bir sıra tələblərə cavab verməlidir.
İkinci istiqamət müasir ət kəsimi müəssisələrinin yaradılmasıdır.
Fond Bakı şəhərində illik istehsal gücü 40 min ton, o cümlədən Qaradağ rayonunda illik istehsal gücü 20 min ton, Binəqədi rayonunda illik istehsal gücü 15 min ton, Sabunçu rayonunda illik istehsal gücü 3 min ton, Suraxanı rayonunda illik istehsal gücü 2 min ton; Sumqayıt şəhərində illik istehsal gücü 8 min ton; Abşeron rayonunda illik istehsal gücü 5 min ton; Xaçmaz rayonunda illik istehsal gücü 10 min ton; Kürdəmir rayonunda illik istehsal gücü 5 min ton; Salyan rayonunda illik istehsal gücü 5 min ton olan bu cür müəssisələrin yaradılmasını kreditləşdirməyə hazırdır.
Bununla yanaşı, həmin layihələr fondun irəli sürdüyü bir sıra minimal tələblərə cavab verməlidir.
Üçüncü istiqamət müasir meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasını əhatə edir.
SKMF Quba rayonunda illik emal gücü 50 min ton olan meyvə emalı (alma konsentratı istehsalı) müəssisəsinin; Gəncədə, Yevlaxda və ya Bərdədə illik emal gücü 20 min ton olan meyvə-tərəvəz emalı müəssisəsinin; Şəki şəhərində illik emal gücü 20 min ton olan meyvə-tərəvəz emalı müəssisəsinin yaradılmasını maliyyələşdirməyə hazırdır.
SKMF bu cür müəssisələrin yaradılmasının maliyyələşdirmək məqsədilə müvafiq infrastrukturun mövcudluğu ilə bağlı bir sıra tələblər təqdim edir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fond sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət