Azərbaycan iqtisadiyyatı dünyada 10 ən sabit iqtisadiyyatdan biridir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov çərşənbə günü Bakıda keçirilən İnvestisiya Sammitində çıxışında bəyan edib.
“Son illərdə Azərbaycanda ÜDM 3 dəfədən çox artıb. Bütün bunların qlobal böhran fonunda baş verməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən bir çox beynəlxalq maliyyə institutları təsdiq ediblər ki, Azərbaycan iqtisadiyyatı dünyada 10 ən sabit iqtisadiyyatdan biridir”, - deyə R.Məmmədov bildirib.
AZPROMO-nun prezidenti qeyd edib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət ayırır. “Diqqətinizi ÜDM-in 57%-nin qeyri-neft sektorunun payına düşməsi faktına cəlb etmək istəyirəm. Diversifikasiya sayəsində biz iqtisadiyyat üçün riskləri azaltdıq”, - deyə o bildirib.
R.Məmmədov məlumat verib ki, Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət həyata keçirir. “Bu əlaqələrin inkişafı üçün zəruri infrastruktur mövcuddur. Bundan başqa, nəqliyyat və digər sektorları əhatə edən dünya miqyaslı layihələrin reallaşdırılmasını nəzərinizə çatdırmaq istəyirəm”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət