“ASAN xidmət”ə (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) müraciət edən Bakı sakinlərinin mütləq əksəriyyəti bu xidmətin fəaliyyətindən razıdır və korrupsiya ilə mübarizənin daha da effektiv olması qənaətindədir.
“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 96%-i “ASAN xidmət”ə müraciətin nəticələrindən razıdırlar. Onların 87%-i yeni xidmətdən “tamamilə”, 9%-i isə “qismən” razıdır. Qalan 4% agentliyə müraciətin nəticələrindən razı deyil və ya bu suala cavab verməkdə çətinlik çəkib.
Ümumilikdə Bakı sakinlərinin təxminən 73%-nin “ASAN xidmət”in nə ilə məşğul olması barədə az-çox məlumatı var, 12% isə ilk dəfə agentlik barədə müsahibə alanlardan eşidiblər (“ASAN xidmət”in birinci şöbəsi 2013-cü ilin yanvar ayında fəaliyyətə başlayıb. Rəsmi statistik məlumatlara görə, ilin sonuna kimi onun mərkəzlərinə təxminən 900 min vətəndaş müraciət edib. Bu isə xidmətə təkcə tələbatın olmasını deyil, həm də onun effektivliyini göstərir).
Bakılılar korrupsiya hallarının qarşısının alınmasını (71%), dövlət orqanlarına müraciətin “şəffaflığının” təmin olunmasını (35%), müasir texnologiyaların tətbiqini və problemin həllinin sürətləndirilməsini (32%), vətəndaşlar və məmurlar arasında “düzgün” münasibətlərin yaradılmasını (27) bu xidmətin müsbət cəhətləri kimi qeyd ediblər. Bütün respondentlərin təxminən 54%-i hesab edir ki, korrupsiya ilə mübarizə olduqca güclənib və öz bəhrəsini verir, təxminən 23%-i isə hesab edir ki, mübarizə güclənib, lakin o qədər də yox.
Bakı sakinlərinin 13%-i bunun əksini düşünür, onlar bu sahədə heç bir müsbət dəyişiklik qeydə almayıblar, təxminən 10% isə cavab verməkdə çətinlik çəkib. Eyni zamanda “ASAN xidmət”in köməyi ilə problemlərini həll edən Bakı sakinləri arasında rəqəmlərin nisbəti başqa cürdür: 85/8/2/5. Başqa sözlə desək, agentliyin korrupsiya ilə mübarizədə rolu diqqətdən kənarda qalmayıb, deyə “Rəy” qeyd edir.
Hesabat 10-14 mart 2014-cü il tarixlərində Bakıda keçirilən “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. 18 və yuxarı yaş qrupuna aid 1500-ə yaxın şəxsi əhatə edən araşdırma respondentlərin yaşayış yeri üzrə üzbəüz müsahibə üsulu ilə aparılıb. Sorğuda nisbi xəta 3 faizdən azdır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət