2013-cü ilin yekunları üzrə “PAŞA Həyat Sığorta” şirkətinin xalis mənfəəti 8 mln. 70 min 899,87 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2012-ci ilin yekunları üzrə “PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 3 mln. 585 min 476,27 manat təşkil edib. Beləliklə, 2013-cü ildə şirkət xalis mənfəətini 2012-ci illə müqayisədə 2,25 dəfə artırıb.
Auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2013-cü il ərzində şirkətin gəlirləri 16 mln. 9 min 611,76 manat, sığorta haqları 19 mln. 62,527 min manat, investisiya gəlirləri 2 mln. 857,098 min manat təşkil edib. Ötən il şirkətin mənfi xalis sığorta ehtiyatları 6 mln. 502,477 min manat təşkil edib ki, bu da gəlirlərin azalmasına səbəb olub. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il ərzində şirkətin xərcləri 5 mln. 864 min 60,79 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 1 mln. 46,812 min manat, sığorta işinin aparılması xərcləri 3 mln. 728,388 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2013-cü ilin yekunları üzrə şirkətin vergi ödənilənədək mənfəəti 10 mln. 145 min 550,97 manat təşkil edib. 2 mln. 74 min 651,1 manat məbləğində gəlir vergisi ödənildikdən sonra şirkətin xalis mənfəəti 8 mln. 70 min 899,87 manat həcmində olub.
2013-cü ildə şirkətin aktivləri 69,4% - 51 mln. 734,946 min manatadək, öhdəlikləri 52,8% - 18 mln. 307,247 min manatadək, məcmu kapitalı 80% - 33 mln. 427,699 min manatadək artıb.
Ötən il “PAŞA Həyat Sığorta” şirkəti nizamnamə kapitalını 67,4% – 25,2 mln. manatadək artırıb.
2013-cü ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 66,3% - 40 mln. 401,835 min manata qədər artıb.
"PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb, 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “Pasha Holding”dir. "PAŞA Həyat Sığorta" sığorta haqlarının yığım həcminə görə aparıcı sığorta şirkətlərinin onluğuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət