Azərbaycan və Polşa sahibkarları ikitərəfli əlaqələrin potensialından daha səmərəli istifadə məqsədilə yeni əməkdaşlıq sahələrini müəyyən etməlidirlər. Polşa Ticarət Palatasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Yeji Drojc belə hesab edir.
“Tezliklə Polşanın iqtisadiyyat naziri Bakıya səfər edəcək. Tərəflər səfər zamanı biznes forumun keçirilməsi imkanlarını müzakirə edirlər ki, iki ölkənin işgüzar dairələrinin nümayəndələri əməkdaşlığın konkret istiqamətlərini müəyyən edə bilsinlər”, - deyə Y.Drojc bir qrup azərbaycanlı jurnalistlə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Varşavadan məlumat verir.
Departament rəhbəri iki ölkənin kiçik və orta sahibkarları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib. Bununla yanaşı, o ümid edir ki, Polşanın daha çox şirkət və firması Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıq quracaq.
Y.Drojc Azərbaycan iqtisadiyyatına Polşa investisiyalarının perspektivlərinə toxunaraq vurğulayıb ki, Polşadan olan şirkətlər kapitala malikdir və avtobuslar, dəmir yolu vaqonları, tramvaylar və traktorların istehsalına vəsait yatıra bilərdilər.
O, həmçinin qeyd edib ki, Polşa şirkətləri Türkiyədə uşaqlar üçün meyvə şirəsi, qənnadı məmulatlarının istehsalı ilə fəal məşğuldurlar, Türkiyənin İT və hüquqi xidmətlər bazarında çalışırlar. “Ümid edirəm ki, Polşa şirkətləri özlərini Azərbaycanda da göstərməyə müvəffəq olacaqlar”, - deyə Y.Drojc vurğulayıb.
Onun fikrincə, Polşa iqtisadiyyatına Azərbaycan investisiyaları üçün də mühüm perspektivlər mövcuddur. “Məlum olduğu kimi, Azərbaycan neft ölkəsidir və hazırda Avropada enerji mövzusu ilə bağlı aparılan müzakirələri nəzərə alsaq, yəqin ki, neft və onun emalı ilə bağlı olan hər bir şey çox maraqlı mövzudur”, - deyə o qeyd edib.
“Ənənəvi yolla neft və qaz hasilatında zəngin və uğurlu təcrübəyə malik olan Azərbaycan Polşada şist qazı ehtiyatlarının kəşfiyyatı ilə məşğul ola bilər. Bundan başqa, bizim bir qədər təbii qaz ehtiyatımız da var. Nə üçün azərbaycanlı mütəxəssislər öz zəngin təcrübələrini bizdə də tətbiq etməsinlər?”, - deyə o əlavə edib.
Y.Drojc vurğulayıb ki, tikinti bumu yaşayan Azərbaycanda bu sahədə ixtisaslaşan Polşa şirkətləri uğurla fəaliyyət göstərə bilər. O, həmçinin keyfiyyətli əczaçılıq məhsulları və kosmetika istehsalı ilə məşğul olan Polşa şirkətlərinin Azərbaycanda fəaliyyət göstərə biləcəyini qeyd edib.
Onun fikrincə, Azərbaycanın kənd təsərrüfatı, quru və dəmir yolu nəqliyyatı da daxil olmaqla infrastruktur sahəsində Polşa şirkətləri üçün yaxşı perspektivlər mövcuddur. “Əlbəttə ki, turizm sahəsini qeyd etməmək mümkün deyil”, - deyə Y.Drojc qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Polşa arasında birbaşa uçuşların təşkili turist mübadiləsinin nəzərəçarpacaq dərəcədə genişlənməsinə gətirib çıxarardı.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət