Avropa İttifaqı öz nümayəndələri üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlara çıxış imkanının əldə olunmasının zəruriliyini bəyan edir.
“Aİ-nin nümayəndələri üçün münaqişə zonasına çıxış imkanının olmaması tərəflər arasında sülhə nail olunmasına əngəl törədir”, - deyə Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard çərşənbə günü mətbuat konfransında bildirib. Onun fikrincə, Aİ-nin nümayəndələrinin münaqişə zonasına çıxış imkanı regionda sülhün bərqərar olmasına kömək edə bilər.
Diplomat qeyd edib ki, son zamanlar Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı irəliləyiş görmür.
“Əfsuslar olsun ki, münaqişənin nizamlanmasında irəliləyiş müşahidə olunmur. Lakin ötən ilin noyabr ayında prezidentlər arasında görüşün keçirilməsi faktını nəzərə almaq lazımdır. Biz ümid edirik ki, ATƏT-in Minsk Qrupunun hamiliyi ilə yüksək səviyyədə görüşlər gələcəkdə də davam edəcək”, - deyə M.Mard bildirib.
Dağlıq Qarabağın işğalını və Krımın Rusiyaya birləşdirilməsini müqayisə edən M.Mard qeyd edib ki, Aİ Ukrayna ilə bağlı mövqeyini kifayət qədər açıq şəkildə bildirib.
“Aİ açıq formada Ukraynanı dəstəklədi. Avropa İttifaqı Kremlin Krımda keçirdiyi referendumu tanımır. Biz Ukraynada Rusiya tərəfindən təcavüzün şahidi olduq”, - deyə o vurğulayıb.
Azərbaycanın ərazi bütövlüyünün pozulduğu Qarabağ probleminə Aİ-nin yanaşmasındakı fərqi şərh edən diplomat bildirib ki, “bütün münaqişələrin xüsusi aspektləri mövcuddur və onları ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır”.
“Bizim Qarabağ münaqişəsinin mürəkkəb olmasına dair məlumatımız var. Lakin biz bu münaqişədə irəliləyişin sülh yolu ilə əldə olunmasını istəyirik. Bununla əlaqədar ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik”, - deyə M.Mard əlavə edib.
Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri, həmçinin Avropa İttifaqının əməkdaşlığın müxtəlif sahələrinə yanaşmasını şərh edib.
“Mən siyasətimizi ayırmaq istəmirəm. İstər enerji sahəsində tərəfdaşlıq, istərsə də insan hüquqları sahəsində əməkdaşlıq olsun – bizim “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən vahid siyasətimiz var. İstərdik ki, enerji sektorunda tərəfdaşlığımız möhkəmlənsin. Lakin digər tərəfdən insan hüquqları sahəsində də əməkdaşlığı inkişaf etdirmək istəyirik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Aİ enerji tərəfdaşlığı nöqteyi-nəzərindən Azərbaycana böyük önəm verir.
Aİ-nin Transxəzər qaz kəmərinin tikintisinə dair Azərbaycan və Türkmənistanla apardığı danışıqlara toxunan diplomat vurğulayıb ki, Avropa İttifaqı danışıqları davam etdirməyə hazırdır.
“Biz yalnız bir qaz mənbəyindən asılı olmaq istəmirik. Bunun üzərində intensiv çalışırıq. Aİ Transxəzər qaz kəməri layihəsi üzrə Azərbaycan və Türkmənistanla danışıqları davam etdirmək niyyətindədir”, - deyə o bildirib.
M.Mard, həmçinin viza rejiminin sadələşdirilməsi və readmissiyaya dair sazişlərin cari ilin yayına qədər qüvvəyə minəcəyinə ümid edir.
“Həmin sazişlər vətəndaşların rahat hərərkət etməsi nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Bir gün əvvəl Avropa Komissiyası Şengen qaydalarının sadələşdirilərək Şengen zonasında olma müddətinin artırılmasını təklif edib”, - deyə o qeyd edib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət