Prezident İlham Əliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Strategiyanın mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan müəyyən edilib.
Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Milli Strategiyanın məqsədi Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasıdır. Buna nail olmaq üçün informasiya və telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi, biznes qurumlarının və cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, “elektron hökumət” portalının genişləndirilməsi zəruridir.
Bundan başqa, bu sektorda elmi və ixtisaslı kadrların inkişafı vacibdir.
Strategiyanın reallaşdırılmasında dövlətin rolu informasiya cəmiyyətinin inkişafı üzrə əsas tədbirlərin işlənib hazırlanması, maliyyələşdirmənin təmin edilməsi, informasiya cəmiyyətinin inkişafını xarakterizə edən göstəricilərin müəyyənləşdirilməsi, bu sahədə mövcud qanunvericiliyin inkişaf etdirilməsini və mütəmadi olaraq təkmilləşdirilməsi və sairədən ibarət olacaq.
Milli Strategiya iki mərhələdə - 2014-2017-ci və 2018-2020-ci illərdə həyata keçiriləcək.
Strategiyanın reallaşdırılması “AZ” milli domen zonasında fəaliyyət göstərən internet resurslarının sayının artmasına, təhsil müəssisələrinin genişzolaqlı internetlə təmin olunmasının 100%-ə çatdırılmasına, kosmik sənayenin inkişafına, İKT sektorunun əsas göstəricilərinin inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılmasına, ölkədə İKT infrastrukturunun inkişaf etdirilməsinə və s. imkan yaratmalıdır.
Strategiyada qeyd edilir ki, son 5 il ərzində Azərbaycanda İKT sektorunun orta illik artım tempi 17% təşkil edib və 2013-cü ilin yekunları üzrə $1,9 mlrd.-ı ötüb və ya ÜDM-də payı 1,7% təşkil edib. Bu sektora $2,5 mlrd. məbləğində investisiya qoyulub.
Bundan başqa, həyata keçirilən tədbirlər sayəsində internet qiymətlərini endirmək mümkün olub, 3G və 4G xidmətlərinin təbiqinə başlanılıb. Hazırda Azərbaycanda internetə qoşulmanın orta qiyməti orta aylıq əməkhaqqının 3%-ni təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət