Azərbaycan Dünya Turizm Təşkilatının (DTT) Turizmin Qlobal Etik Kodeksinə qoşulub.
Cümə axşamı Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası və DTT arasında Azərbaycanın bu kodeksə qoşulmasına dair saziş imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata görə, sənədi Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov və DTT-nin baş katibi Taleb Rifai imzalayıblar.
“Dünya Turizm Təşkilatının Turizmin Qlobal Etik Kodeksi turistlər üçün qayda və etik normalar toplusudur”, - deyə T.Rifai qeyd edib. Onun sözlərinə görə, ilk belə sənəd 2011-ci ildə Madriddə 14 ölkə tərəfindən imzalanıb.
“Bu gün kodeksə 247 ölkə qoşulub. Bu ölkələrin üç ildən bir DTT-yə təqdim etdiyi hesabatlara daha sonra BMT Baş Assambleyasında baxılır”, - deyə o bildirib.
T.Rifai kodeksin əsas prinsiplərini qeyd edib. Onlar aşağıdakılardan ibarətdir: sənədə qoşulan bütün ölkələr etik normalara riayət etməyi öz üzərinə götürür. Həmin prinsiplər bu va ya digər ölkənin bütün turizm obyektləri arasında yayılmalıdır.
N.Bağırov qeyd edib ki, bu sənəd Azərbaycanda turizmin inkişafına təkan verəcək.
“Kodeks turizm şirkətlərinin üzərinə öhdəliklər qoyur. Şirkətlər bu öhdəlikləri yerinə yetirməli, həmçinin etik normalara riayət etməlidir”, - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət