Cümə günü Milli Məclis xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarının yaradılmasını nəzərdə tutan “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklikləri qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin parlementin iclas zalından verdiyi məlumata görə, qanuna 10-1-ci maddə (“Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları” əlavə edilib.
Bu məsələ ilə əlaqədar Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov çıxış edib.
“Azərbaycanda ekologiya, ətraf mühitin mühafizəsi sahəsində ciddi tədbirlər görülür. Bunun nəticəsində elektrik enerjisi istehsalı prosesində atmosferə atılan zərərli maddələrin həcmi 2,4-2,5 dəfə azalıb. Bu, dünyada digər ölkələrin nail olmadığı böyük göstəricidir”, - deyə o vurğulayıb.
V.Ələsgərovun sözlərinə görə, sanitariya-mühafizə zonalarının tətbiqi həm də Xəzər dənizinin sağlam ekoloji mühitinin təmin olunması nöqteyi-nəzərindən çox vacibdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən ediləcək.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3 min metrədək məsafədə müəyyənləşdiriləcək.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq olunur.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında elmi tədqiqat işləri, ətraf mühitin monitorinqi və ekosistem dəyişikliklərinə nəzarət, yanğından mühafizə tədbirləri və meşə massivlərinin qorunması, torpaqdan təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi, bioloji və landşaft müxtəlifliyi, təbii ekosistemin bərpası tədbirlərinin keçirilməsi, turizm və rekreasiya məqsədləri ilə istifadə, mineral su və digər müalicəvi resurslardan istifadə, həvəskar və idman ovunun (balıq ovu) həyata keçirilməsinə icazə verilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında yeni yaşayış məntəqələrinin salınması; ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı; geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı; meşələrdə əsas istifadə qırıntısı; aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə; yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası; ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi qadağandır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət