Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2014-cü ilin I rübündə vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 146 cinayət işi açıb.
Xəbər verildiyi kimi, 2013-cü ilin I rübündə Departament tərəfindən vergi qanunverciliyinin pozulması faktları üzrə 72 cinayət işi açılıb. Beləliklə, 2014-cü ilin yanvar-mart aylarında cinayət işlərinin sayı iki dəfə artıb.
6 cinayət işi qanunsuz sahibkarlıq, 29-u vergilərin ödənilməməsi, 108-i vergi borcunun ödənilməməsi, qalanı isə digər səbəblərdən açılıb.
Hesabat rübündə 66 cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
2014-cü ilin 1-ci rübü ərzində Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 2 mln. 209,1 min manat dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü ilin birinci rübünün göstəricisindən 15,5% çoxdur.
2014-cü ilin yanvar-mart aylarında vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən cəmi 87 nəfər vergi ödəyicisi aşkar edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb və həmin il avqustun 30-da fəaliyyətə başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət