2014-cü ilin I rübündə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 523 mln. 106 min manat məbləğində vergi ödəyib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 35,5% çoxdur. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
2014-cü ilin mart ayında SOCAR dövlət büdcəsinə 176 mln. 493 min manat (2013-cü ilin mart ayı ilə müqayisədə artım 47,7%) vergi ödəyib.
2014-cü ilin I rübü ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə köçürmələri 37 mln. 38 min manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 0,1% çoxdur. Bununla yanaşı, cari ilin mart ayında şirkətin DSMF-ə köçürmələrinin həcmi 12 mln. 218 min manat təşkil edib.
2013-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi köçürmələri 1 mlrd. 574 mln. 437 min manat təşkil edib.
2014-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi köçürmələri üzrə planı 1 mlrd. 825 mln. manat məbləğində müəyyən edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət