Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda qərb bölgəsi üzrə seminar-müşavirə keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Tezliklə dənli və texniki bitkilərin yığımı, daşınması və emalı dövrü başlayır. Bununla əlaqədar kənd təsərrüfatında çalışanları, fermerləri müvafiq yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı maarifləndiririk”, – deyə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təlimat şöbəsinin rəisi, plkovnik Hikmət Xudiyev jurnalistlərə bildirib.
O qeyd edib ki, FHN-in əməkdaşları “Aqrolizinq”in filiallarında yığımla məşğul olan mexanizatorlar və digər texniki vasitələrə baxış keçirəcək, meşə və meşə zolaqlarında yanğınla mübarizə ilə bağlı tədbirlər həyata keçirəcək.
“2013-cü ildə 35 ton yem yanaraq məhv olub, eləcə də 666 ha sahədə yanğın baş verib. Bu rəqəmlər 2012-ci illə müqayisədə yanğın sahəsinə dəyən ziyanın artdığını göstərir”, – deyə H.Xudiyev bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət